BAKI, 10 iyun. TELEQRAF
ABŞ ordusu atəşkəs dövründə İranın bərpa etdiyi hərbi potensialın təxminən 55 faizini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a bildirib.
Dövlət başçısının sözlərinə görə, iyunun 9-da gecə saatlarında hücumlar zamanı ABŞ İranın atəşkəs dövründə bərpa etməyə çalışdığı radarlarını və hava hücumundan müdafiə sistemlərini məhv edib.
Donald Tramp vurğulayıb ki, Tehran münaqişə zamanı itirilən hərbi potensialın yalnız kiçik hissəsini bərpa edə bilib və bunun da 55 faizi ABŞ-nin son hücumları nəticəsində məhv edilib.