BAKI, 3 iyun. TELEQRAF

“Əgər zamanında ABŞ prezidenti mən olsaydım, Rusiya və Ukrayna arasında müharibə olmazdı”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp Ukraynadakı vəziyyətdən danışarkən sələfi Co Baydeni tənqid edib:

“Mən olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı. Bu, böyük məsələdir. Bu qədər insan ölüb, bunlar baş verməzdi. O, indiyə qədərki ən pis prezidentdir. Nə etdiyini bilmirdi. O, prezident olmamalı idi”.