BAKI, 3 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio tandeminin 2028-ci il prezident seçkilərində məğlubedilməz olacağına əmindir.

Teleqraf xəbər verir ki, bu barədə o, “New York Post”a danışıb.

“Hər ikisini bəyənirəm, düşünürəm ki, bu, əla olardı. Onların birlikdə necə məğlub edilə biləcəyini bilmirəm, əla komanda olardıdlar”, - Prezident bildirib.

Tramp Vens və Rubionun əla şəxsi münasibətlərinin olduğunu vurğulayıb: “Onlara birlikdə baxıram, çox yaxşı yola gedirlər. Yaxşı münasibətləri var. Bir çox cəhətdən oxşardırlar, düşünürəm ki, birlikdə yarışsalar, məğlubedilməz olacaqlar”.