BAKI, 18 fevral. TELEQRAF

“İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyik”.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcək. Bu məsələ tamamilə aydındır. Əlbəttə, bölgədə qüvvələrimizin olmasını istəyirik, çünki onlar keçmişdə bizə hücum etməyə meyilli olduqlarını göstəriblər. Bundan əlavə, Donald Tramp da bəyan edib ki, onun üstünlük verdiyi yol razılaşmanın əldə olunmasıdır”, - o bildirib.