BAKI, 14 may. TELEQRAF

Liviyanın paytaxtı Tripolidə çərşənbə axşamına keçən gecə baş verən silahlı toqquşmalar zamanı azı 6 nəfər ölüb, təxminən 70 nəfər yaralanıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahab məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərdən biri mülki şəxsdir.