BAKI, 13 may. TELEQRAF
Liviyanın paytaxtı Tripolidə hərbi əməliyyat uğurla başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.
Toqquşmalar zamanı altı nəfərin yaralandığı bildirilir. Məlumata görə, toqquşmalar Təhlükəsizliyin və Sabitliyin Qorunması Aparatının rəhbəri Əbdülqəni əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
Atışma baş verən ərazilərdə elektrik enerjisi kəsilib.