
BAKI, 13 may. TELEQRAF
Liviyanın paytaxtı Tripoli şəhərində baş verən toqquşmalar zamanı azı altı nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl ölkənin Daxili İşlər Nazirliyi Tripoli sakinlərini öz təhlükəsizlikləri naminə evdə qalmağa və küçələrə çıxmamağa çağırıb.
***
01:09
Liviyanın paytaxtı Tripoli şəhərində toqquşmalar baş verib.
Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb.
"Misurata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası və Təhlükəsizliyin və Sabitliyin Qorunması Aparatı arasında davam edən toqquşmalar səbəbindən Tripoli sakinlərini öz təhlükəsizlikləri naminə evdə qalmağa və küçələrə çıxmamağa çağırırıq", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, toqquşmalar aparatın rəhbəri Əbdülqəni əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
Tripolidə yerləşən Mitiqa beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb, reyslər Misurata şəhərinə yönləndirilib.