BAKI, 19 avqust. TELEQRAF
“İran xalqı Fransanın davamlı xəyanətlərini heç vaxt unutmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi deyib.
“İrana qarşı yönəlmiş addımların davam etdirilməsi Fransa üçün vəziyyətin ancaq daha da çətinləşməsinə səbəb olacaq”, - deputat bildirib.