MİNGƏÇEVİR, 5 fevral. TELEQRAF

Bu gün saat 05:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (3 qadın, 1 kişi) hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

09:17

Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə bağlar yaşayış massivində baş verib.

Yaşadıqları evin mətbəxində dəm qazından zəhərlənən bir ailənin 4 üzvü- 2010-cu il təvəllüdlü Yusifli Dilbazi Rəşad qızı, 2014 -ci il təvəllüdlü Yusifli Nəzrin Rəşad qızı, 2015-ci il təvəllüdlü Yusifli Emin Rəşad oğlu və 1988-ci il təvəllüdlü Yusifova Nübar Aslan qızı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.