BAKI, 30 yanvar. TELEQRAF

Neftçalada balıq ovuna gedən şəxs boğularaq ölüb.

Teleqraf xəbər verir ki, yanvarın 29-da Neftçala rayonunun Mayak kəndi ərazisində Xəzər dənizində balıq ovu etmək istəyən Məmmədov Habil Qabil oğlu boğularaq ölüb.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.