Tərtərdə tutulan şəxsdən narkotik vasitə və avtomat aşkarlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilib.
Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
