BAKI, 17 yanvar. TELEQRAF

Gürcüstan polisi təxminən üç milyon lari dəyərində olan altı kiloqrama qədər metadon müsadirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.

Bildirilir ki, Belarus Respublikasının iki vətəndaşı, 1993-cü il təvəllüdlü A.P. və 1992-ci il təvəllüdlü G.R., xüsusilə külli miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsinə, saxlanmasına və satışına kömək etmək ittihamı ilə həbs ediliblər.

Təqsirləndirilən şəxslərin avtomobillərinin və müvəqqəti yaşayış yerlərinin axtarışı zamanı satış üçün nəzərdə tutulmuş böyük miqdarda metadon narkotik maddəsini müsadirə edilib.

Bu cinayət üzrə tutulanları 20 il və ya ömürlük həbs cəzası gözləyir.