BAKI, 17 yanvar. TELEQRAF

Bu gün saat 11:30 radələrində “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.