BAKI, 15 dekabr. TELEQRAF

Gəncədə qohumlar arasında dava düşüb.

Teleqraf xəbər verir ki, çay kənarında qohumlar arasında düşən mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı 1985-ci il təvəllüdlü Etibar Nuriyev və onun oğlu 17 yaşlı Ə.Nuriyev müxtəlif bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə Regional qrupundan Teleqraf-a bildirilib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.