CƏLİLABAD, 13 yanvar, TELEQRAF

Cəlilabadda motosiklet ambulansa çırpılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, motosiklet ambulansa çırpılıb. Qəza nəticəsində iki nəfər – Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.