UCAR, 14 noyabr. TELEQRAF

Ucarda kişinin yaşadığı evdə ölüsü aşkarlanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən evlərdən birində müəyyən edilib.

1968-ci il təvəllüdlü rayon sakini Daşdıyev Namiq Nəsrəddin oğlu ölü vəziyyətdə aşilkar olunub.

Hadisənin hansı səbəbdən qaynaqlandığı hələ ki tam məlum deyil.

Faktla bağlı araşdırma aparılır.