GƏNCƏ, 7 noyabr. TELEQRAF

Gəncədə 1994-cü il təvəllüdlü Ayşən Sadıqovanı qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı Ramin Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

***
20:46

Gəncədə öldürən qadının kimliyi məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü Ayşən Sadıqova kəsici-deşici alətlə qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunması və istintaqa cəlb edilməsi istiqamətində polis tərəfindən lazımı tədbirlər görülür.

***

20:31

Gəncədə qadın bıçaqlanaraq öldürülüb.

Telqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsində qeydə alınan hadisə zamanı orta yaşlı qadın bıçaqlanaraq öldürülüb. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.