BAKI, 7 noyabr. TELEQRAF
Biləsuvar rayonunda hadisə baş verib.
Teleqraf xəbər verir ki, noyabrın 6-da Gülənova Məkurə Cavanşir qızı yaşadığı Biləsuvar rayonu ərazisində, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 8 saylı qəsəbədə sobanın üzərinə yıxılıb.
Məkurə Gülənova müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.