BAKI, 3 noyabr. TELEQRAF

Türkiyədə Rusiya vətəndaşı olan 20 yaşlı qadın birlikdə yaşadığı 27 yaşlı S.M tərəfindən bıçaqlanıb.

Teleqraf xəbər verir ki, hadisə Bursanın Yıldırım rayonunda qeydə alınıb.

Məlumata görə, S.M Arzu Xəlilovaya 75 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən azərbaycanlı həbs edilib.

Faktla bağlı araşdırma aparılır.