LERİK, 28 oktyabr. TELEQRAF

Lerikin Vılık kəndində yeznə ilə qayın arasında baş vermiş davanın bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü Bəşir İbadov bir müddətdir yeznəsi Yusif Dövlətovla Vılık kənd orta məktəbində gözətçi işləyir.

Onların arasında narazılıq növbə saatı üstündə yaranıb.

Hadisə axşam saatlarında məktəbin ərazisində baş verib. Yusif Dövlətov əlində bellə məktəbə gələrək Bəşir İbadova bir neçə zərbə endirib. Bəşir İbadov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yusif Dövlətov polis tərəfindən saxlanılıb.

***

11:42

Lerikdə yeznə ilə qayın arasında qanlı dava olub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Lerik rayonunun Vılık kənd sakini, 1969-cu il təvəllüdlü Bəşir Sahib oğlu İbadov bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

O, dəqiqləşdirilməmiş kəllədaxili travma, sağ qulaq nahiyəsinin açıq yarası və sol çiyin qurşağının əzilməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Yaralıya ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, B.İbadov kənddə gözətçi işləyir və hadisə gecə növbəsi zamanı baş verib. Onun yaxın qohumu — yeznəsi tərəfindən hücuma məruz qaldığı bildirilir.

Hazırda həkimlər B. İbadovun vəziyyətini ağır qiymətləndirirlər.

Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

orta məktəbində baş verdiyi məlum olub.