BAKI, 28 oktyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai ix35” və “Fiat Doblo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

09:13

GƏNCƏ, 28 oktyabr. TELEQRAF

Gəncədə baş vermiş yol qəzasında ölən xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın xəbərinə görə, bunlar Tahirə Kərimova (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyevdir (1996). 1953-cü il təvəllüdlü Süleymanov Oktay isə hadisə zamanı vəfat edib.

Xatırladaq ki, qəza zamanı "Fiat Doblo" avtomobili ilə "Hundai" toqquşub.

***

08:45

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "FİAT DOBLO" markalı avtomobillə "Hundai" markalı maşın toqquşub.

Şəhər ərazisində baş verən qəza zamanı "FİAT DOBLO" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.