GORANBOY, 27 oktyabr. TELEQRAF

Goranboy rayonunda sürücü idarəetməni ititrərək avtomobili aşırıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Taleh Qasımov idarə etdiyi "VAZ- 2106" markalı avtomobili aşırıb.

Nəticədə sürücü xəsarət alıb. Onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.