GƏNCƏ, 25 oktyabr. TELEQRAF

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçəsinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1956-cı il təvəllüdlü Natiq Bağırov həyatını itirib.

Faktla bağlı araşdırma başlanılıb.