MİNGƏÇEVİR, 23 oktyabr. TELEQRAF
Mingəçevirdə Ağdam rayon sakini bıçaqlanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.
41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib. E.Abbasov xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.