BAKI, 22 oktyabr. TELEQRAF

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

Teleqraf xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlunun saxlanıldığını bildirib.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.