BAKI, 21 oktyabr. TELEQRAF
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr müəyyən edilib. Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Onun ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.