BAKI, 16 oktyabr. TELEQRAF

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

***
19:14

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf xəbər veri ki, təqdimata bu gün Bakı Hərbi Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edib və mayor İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.