BAKI, 16 oktyabr. TELEQRAF

Bakının Yasamal rayonunda iki nəfər güllə xəsarəti alıb.

Teleqraf xəbər verir ki, hadisə Əsəd Əhmədov küçəsi, 28 P ünvanında saat 7:20 radələrində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 4 nəfər avtomobildən enərək binanın həyətində olan 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyevə “Makarov” tipli tapancadan atəş açıb.

Güllə xəsarəti alan C.Həsənov və S.Dünyamalıyev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, hər iki şəxs sağrı nahiyəsindən xəsarət alıb.

C. Hüseynov ambulator müalicəyə buraxılıb. S.Dünyamalıyev isə cərrahi əməliyyat edilib.