TƏRTƏR, 14 oktyabr. TELEQRAF
"Pasiyent Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrinin birinə göndərişlə təmin edilib".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib.
Qeyd olunub ki, 13 oktyabr tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbilə 1 nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
***
12:38
DİN Tərtərdə məktəblinin döyülməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı oktyabrın 13-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub.
Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir.
***
08:35
Tərtərdə 11 -ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Seydimli kəndinə baş verib.
Kənd sakini 2008-ci il təvəllüdlü Ayaz İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
İlkin məlumata görə, A.İsayev bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dalaşıb. Şagirdlər dərsdə olarkən döyülən şagirdin valideyni Bəxtiyar adlı şəxs məktəbə gələrək sinif otağına daxil olub və Ayaz İsayevə yumruqla xəsarət yetirib.
Zərbənin təsirindən A.İsayevin burnu qırılıb. Ağır xəsarətlər alan A.İsayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

.jpg)
