BİLƏSUVAR, 11 oktyabr. TELEQRAF
Biləsuvarda yanğın olub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində baş verib.
Belə ki, “Belorus” markalı traktorun qoşqusunda qəfil yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın nəticəsində qoşquya yığılan 1,5 ton pambığın təxminən 30 kiloqramı yanıb.
Faktla bağlı araşdırma aparılır.