AĞDAM, 11 oktyabr. TELEQRAF
Ağdamda baş verən qəzada 3 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Hindarx-Borsunlu şossesinin rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan iki avtomobil - "VAZ 2106" və "Lada Xəzər" hərəkətdə olarkən daşla dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
Qəza zamanı xəsarət alan 3 nəfər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.