TOVUZ, 11 oktyabr. TELEQRAF

Tovuz rayonunda bir ailənin üç üzvü zəhərlənib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2021-ci il təvəllüdlü İlqar Hüseynzadə, onun qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseynzadə və 6 yaşlı Gülnur Hüseynzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər.

Azyaşlıların vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.