AĞDAŞ, 11 oktyabr. TELEQRAF

Ağdaşda minik avtomobili piyadanı vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun mərkəzində - Heydər Əliyev prospektində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Qasımova Nəzakət İbrahim qızını vurub.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.