LƏNKƏRAN, 8 oktyabr. TELEQRAF
Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev bıçaqlanma nəticəsində ağır xəsarət alıb.
O, sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb və dərhal əməliyyata alınıb.
İlkin məlumata görə, Camal Abdullayevə xəsarəti onun qardaşı Calal Abdullayev yetirib.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.