BAKI, 9 oktyabr. TELEQRAF
Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gəncə Şəhər Prokurorluğundan bildirilib.
Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
2025.10.08 - 20.01
GƏNCƏ, 8 oktyabr. TELEQRAF
Gəncədə 16 yaşlı yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü Rihat Cəfərov polisə gələrək təslim olub.
Qətlə yetirilən Vaqif Rəfibəylinin ədliyyə polkovnik-leytenantı Rövşən Rəfibəylinin oğlu olduğu bildirilir.
Qeyd edək ki, Rövşən Rəfibəyli uzun illər Gəncədəki 2 Saylı İstintaq Təcridxanasının rejim rəisi vəzifəsində çalışıb. O, bir neçə ay öncə təqaüdə çıxıb.
***
15:30
Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında baş verib.
İlkin versiyaya görə, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorkuğunda araşdırma başlanılıb.
***
13:41




