BAKI, 7 oktyabr. TELEQRAF

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1985-ci il doğumlu Röyalə Orucovanın əri Arif Hacıyev tərəfindən öldürülməsinin təfərrüatları məlum olub.

Şiştəpə kənd sakinlərinin Teleqraf-a bildirdiklərinə görə, hadisə kənddə yerləşən gözəllik salonunun qarşısında, mərhum qadının qardaşının gözləri önündə baş verib.

Röyalə Orucovanın həyat yoldaşı onu bıçaqla qətlə yetirib.

Hadisənin namus zəminində baş verdiyi iddia edilir. Bir müddətdir kənddə qadının adı ətrafında söz-söhbətlər dolaşırmış. Hətta söz-söhbətlərə görə onların böyük qızının ailəsi də dağılıb.

Əri Röyalə Orucovanı öldürəcəyi ilə dəfələrlə hədələyirmiş.

Qətldən sonra Arif Hacıyev saxlanılıb.

Mərhumun yaxın qohumları heç bir yas mərasimi keçirilməyəcəyini bəyan ediblər.