ŞƏMKİR, 6 oktyabr. TELEQRAF

Şəmkirdə üç uşaq anası qətlə yetirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonunun Şiştəpə kəndində qeydə alınıb.

Şiştəpə kənd sakini, 1971-ci il təvəllüdlü Arif Hacıyev münaqişə zəminində, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Röyalə Hacıyevanı qətlə yetirib.

Hadisə yerinə Şəmkir rayon polis və prokurorluq orqanları əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, R. Hacıyeva üç uşaq anasıdır.

A.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.