ŞƏMKİR, 4 oktyabr. TELEQRAF

Şəmkirin Düyərli kəndində baş verən yol-nəqliyyat hadisəsində 1 sürücü və 5 sərnişin xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Bərdə rayon sakinləri, 1995-ci il təvəllüdlü İsmayılova Nərgiz Rəhman qızı idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb.

Sürücü, o cümlədən sərnişinlər, 1995-ci il təvəllüdlü Bayramov Seymur Akif oğlu, 1964-cü il təvəllüdlü Mirzəyeva Cəmilə Tapdıq qızı, 2014-cü il təvəllüdlü Bayramzadə Mələk Seymur qızı, 2016-cı il təvəllüdlü Bayramzadə Aysel Seymur qızı və 2019-cu il təvəllüdlü Bayramzadə Yusif Seymur oğlu yüngül xəsarətlər alıb.

Hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib.

****

22:39

Şəmkirin Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların Bərdə sakinləri olduğu məlum olub.

Xəsarət alanların hamısı xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb.