Ağstafa, 2 oktyabr. TELEQRAF
Ağstafada qadın yıxılaraq ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Ağstafa rayon sakini 1972-ci təvəllüdlü Zülfiyyə Ələsgərova yaşadığı evin hamam otağında yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən 53 yaşlı qadın orada vəfat edib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.