BİLƏSUVAR, 2 oktyabr. TELEQRAF

Biləsuvarda 48 yaşlı kişinin meyiti tapılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə oktyabrın 1-də Biləsuvar şəhəri ərazisində baş verib.

Rayon sakini, 1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzilin otağında aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyi ilə müəyyənləşəcək.

Faktla bağlı araşdırma aparılır.