GƏDƏBƏY, 3 avqust. TELEQRAF

Gədəbəy rayonunun Şahdağ kəndində qəzada ölən 1973-cü il təvəllüdlü Asəf Tapdıqov müəllim imiş.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, A. Tapdıqov Gədəbəy rayin Çiçəkli kənd tam orta məktəbin ingilis dili müəllimi işləyirdi.

Həmçinin Birinci Qarabağ müharibəsi qazisi olub.

Məlumat üçün bildirək ki, Gədəbəy rayonunun Şahdağ kəndində "KİA" markalı avtomobilin aşması nəticəsində ümumilikdə iki nəfər vəfat edib, 4 nəfər yaralanıb.

***

20.33

Gədəbəy rayonunun Şahdağ kəndində qeydə alınan ağır hadisənin qəzanın təfərrüatları bəlli olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisədə həyatını itirən və yaralanan şəxslər yaylaqdan istirahətdən qayıdırlarmış.

Yolda qəzaya düşən "KİA" markalı avtomobillə yanaşı "Niva" və daha bir avtomobil də olub. Sürücülər bir-birini ötüb kecməyə çalışıblar. Bu zaman "KİA" markalı maşın dərəyə aşıb.

Qəza zamanı 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991-ci il təvəllüdlü Azadə Məmmədov hadisə yerində vəfat edib. Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

***

19.34

Gədəbəy rayonunda yol qəzasında ölən şəxslərin kimliyi bilinib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Kia" markalı avtomobilin aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991 ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində ölüb.

Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə Gədəbəy RPŞ-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

19.12

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Şahdağ kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb.

Faktla bağlı araşdırma başlanılıb.