BAKI, 3 iyul. TELEQRAF
Lənkəran rayonunda 50 yaşlı Baxış Qurbanovun 65 yaşlı həmkəndlisi Elxan Kazımovu bıçaqlanmasının təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar uzaq qohumdurlar, qonşuluqda yaşayırlar, əvvəllər münasibətləri yaxşı olub.
Hər iki şəxs məhkumluq həyatı yaşayıb. B.Qurbanov iki il əvvəl həbsdən buraxılıb. E.Kazımov isə narkotiklə bağlı ittihamla tutulub və təxminən il yarım əvvəl azadlığa çıxıb.
Məlumata görə, B.Qurbanov uşaqlıqdan anasını itirib və uşaq evində böyüyüb. O, əvvəllər oğurluq və adam döymə cinayətlərinə görə məsuliyyətə cəlb olunub. Sonuncu dəfə yaşadığı kənddə bir nəfərin qulağını kəsibmiş.
Elxan Kazımov mühərrik, generator yığma işi ilə məşğul olur.
Hazırda onun vəziyyəti yaxşıdır. Ambulator müalicə üçün evə buraxılıb.
***
10:18
LƏNKƏRAN, 2 iyul. TELEQRAF
Lənkəran sakinini bıçaqlamaqda şübhəli bilinən 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Teleqraf-ın cənub bürosundan məlumat verilib.
Hazırda həmin faktla bağlı araşdırma aparılır.
***
02.07.2025 / 23:59
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə rayonun Şürük kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boyun nahiyəsinin ön və belin arxa hissəsində kəsilmiş-deşilmiş xəsarətlər ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Yaralıya dərhal zəruri tibbi yardım göstərilib.
E.Kazımovun ilkin ifadəsinə əsasən, o, həmkəndlisi tərəfindən evində hücuma məruz qalıb və bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.