BAKI, 7 iyun. TELEQRAF
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən R.Əmiraslanova tutulub.
Teleqraf-ın xəbərinə görə, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən R.Əmiraslanova Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 (İnsan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinib və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.