BAKI, 19 may. TELEQRAF

Finlandiyada iki helikopter toqquşub və qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın "ERR" telekanalı məlumat yayıb.

Qəza Eura aerodromunun ərazisində baş verib. Finlandiya hava nəqliyyatı idarəsinin məlumatına görə, hər iki helikopter Tallindən havaya qalxaraq, qəza yerinədək yan-yana uçub.

Toqquşmanın təxminən 300 metr yüksəklikdə baş verdiyi dəqiqləşdirilir.

Hadisə nəticəsində 5 nəfər həlak ölüb. Finlandiya polisi məsələ ilə bağlı araşdırma aparır.