Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1959-cu il təvəllüdlü M.Quliyev, 1999-cu il təvəllüdlü A.Ağalarov və 1979-cu il təvəllüdlü İ.Hüseynova bıçaqlanıb.

İ.Hüseynova dünyasını dəyişib, digərləri isə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.