Bu gün saat 19 radələrində Ağsu rayonunda 43 yaşlı kişi güllələnib.

Teleqraf.com xəbər verir ki, 1981-ci il təvəllüdlü Sahib Sərxan oğlu Osmanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Nəticədə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Elnur Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.