Həftəsonu Azərbaycanda yol qəzalarında 11 nəfər ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-23-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 11 nəfər dünyasını dəyişib.