BAKI, 27 may. TELEQRAF

Bu gündən Qurban bayramı və Müstəqillik Günü ilə bağlı Azərbaycanda 5 günlük tətil başlayıb.

Teleqraf xəbər verir ki, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

Belə ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən 29 may da qeyri-iş günü elan olunub.