BAKI, 27 may. TELEQRAF
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir.
Teleqraf xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
Şəriətə uyğun olaraq Qurban kəsimi mayın 27-dən başlayaraq 3 gün davam edə bilər.
Bu gün Bakının Əjdərbəy məscidində saat 08.00-da, Təzəpir məscidində 09.00-da, həmçinin ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətvaya əsasən qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar.