BAKI, 26 may. TELEQRAF
“Bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıbdır. Bütün parametrlər üzrə müsbət irəliləyişlər gözlənilir və mən düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə biz daha yaxşı nəticələri əldə edəcəyik”.
Teleqraf xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTv-yə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, makro çərçivədə bütün parametrlər müsbət dinamikadadır:
"Paralel olaraq xarici dövlət borcumuz azalıb. Xarici borcumuz ÜDM-nin 6,3 faizidir. Bu, ən yaxşı göstəricilərdən biridir. Əgər biz ötən illə müqayisə etsək, cari ilin 1 may tarixinə xarici borcumuz əlavə 8 faizə də azalıb. Bu parametr nöqteyi-nəzərdən bu gün Azərbaycanın sabit göstəriciləri birmənalı olaraq nümunəvidir. Amma biz bu göstəriciləri növbəti dövrdə də qoruyub saxlaya bilməliyik. 2030-cu ilə qədər yeni strategiyamız hazırlanıb. Bu strategiya çərçivəsində biz Azərbaycanın ümumi borcunu 30 faiz çərçivəsində saxlanılmasının tərəfdarıyıq. Düşünürük ki, ana həfədimiz bu olmalıdır.
Həmçinin əhalinin nominal gəlirləri 8,08 faiz artıb, orta əmək haqqı isə 7 faizdən artıq artıb və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunub”.